UEFA Superkuboku: PSJ növbəti titulunu qazanıb

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşib.

Həlledici qarşılaşmada PSJ və “Tottenhem” komandaları üz-üzə gəliblər.

Matç İtaliyanın Udine şəhərində təşkil olunub. Görüşə ingiltərəlilər üstün başlayıb. "Mahmızlar" ardıcıl iki qol vurub. Lakin qarşılaşmanın sonlarında parislilər hesabı bərabərləşdirməyi bacarıb. Qalib isə penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq olan Fransa təmsilçisi tarixində ilk dəfə Superkubokun qalibi adına yiyələnib.

UEFA Superkuboku

23:00. PSJ - “Tottenhem” 2:2, pen. 4:3

Qollar: Kan-İn Li, 85, Qonçalo Ramoş, 90 - Miki Van de Ven, 39, Kristian Romero, 48