İsrail növbəti dəfə atəşkəsi pozaraq Livan ərazilərini bombaladı

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Litani çayının şimal hissəsində yerləşən və “Hizbullah”a aid etdiyi hərbi mövqelər olduğu ehtimal edilən beş əraziyə aviazərbələr endirib.

Yerli mülki müdafiə xidməti “X” platformasında yayımladığı açıqlamada bildirib ki, hücumlar Burğuz, Cabbur, Cermak, Əl-Qətraniya və Əl-Mahmudiyyə kəndlərinin yaxınlığında döyüşçülərin fəaliyyət göstərdiyi əraziləri hədəf alıb.

Ölən və ya yaralananlar barəsində məlumat verilməyib.

Təhlilçilər İsrailin bu tip addımlarını Livan daxilində xalq və ordunu Hizbullahın tərkisilah edilməsi üçün atılan addım, təzyiq kimi dəyərləndirir. Artıq günlərdir ki, Amerika nümayəndəliyi Livan dövlətindən Hizbullahı tərkisilah edəcəyi halda bu dövlətə yardım edəcəyi, əks halda İsrail tərəfindən bombalanacağı haqda xəbərdarlıqları dövrü mətbuatda işıqlandırılır.