Suriyanın Müvəqqəti Hökumətinin Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və təsəvvür olunmaz zülm başlığı ilə paylaşılmış, Süveyda vilayətindəki bir xəstəxanada çəkildiyi deyilən dəhşətli video ilə bağlı açıqlama verib və məsələnin araşdırıldığını bildirib.
Kadrlarda Süveyda xəstəxanasının tibb işçilərinin dəhlizdə diz çökərək bir neçə silahlı kişi qarşısında durduğu görünür. Onlardan birinin Suriya daxili təhlükəsizlik qüvvələrinin geyimində olduğu güman edilir.
Tibb işçilərindən biri ilə silahlılardan biri arasında sözlü mübahisə yaranır.
Ardınca iki silahlı şəxs həmin gənc tibb işçisinə atəş açaraq onu qətlə yetirir.
Suriya Müvəqqəti Hökumətindən Süveyda vilayətindəki dəhşətli zülmə reaksiya