Pakistanın Bəlucistan əyalətinin Vaşuk rayonunda təhlükəsizlik qüvvələrinin karvanı terrorçuların hədəfi olub.
Doqquz əsgər həlak olub, daha 6 əsgər isə ağır yaralanıb.
Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Pakistan ordusu Bəlucistanın Sambaza rayonunda həyata keçirdiyi antiterror əməliyyatı çərçivəsində çoxlu sayda terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Ordunun məlumatına görə, son əməliyyatlarda öldürülən terrorçuların sayı 50-yə çatıb.
Zəngin təbii sərvətləri ilə tanınan Pakistanın Bəlucistan əyalətində son illərdə yüzlərlə insanın ölümünə səbəb olan terror aktları əhəmiyyətli dərəcədə artıb.
Pakistan təhlükəsizlik qüvvələrinə hücum: Çoxlu ölü və yaralı var