İspaniyanın bir çox şəhərində, xüsusilə də paytaxt Madriddə Fələstinə dəstək nümayişləri keçirilib.
Bir neçə vətəndaş cəmiyyəti təşkilatının tələbi ilə təşkil edilən nümayişlər çərçivəsində Madridin məşhur Retiro Parkında XII Alfonso abidəsi önünə toplaşan izdiham İsrailin Fələstindəki soyqırımına etiraz edib.
İsrailin Qəzza blokadasını yarmaq üçün 44-dən çox ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti hərəkatı olan "Qlobal Qəzza Hərəkatı"nın rəhbəri olduğu nümayişin ispaniyalı iştirakçıları əllərində Fələstin bayraqları və "Qatil İsrail", "Fələstini azad edin", "Soyqırımı dayandırın" kimi şüarlar səsləndiriblər.
Qayıqlarla parkın süni gölünün ətrafında gəzən ispanlar Fələstin bayraqlarını dalğalandırıb, şüarlar səsləndirərək, evdən gətirdikləri qaşıqlarla qazan və tavaları döyərək İsrailə qarşı olduqlarını nümayiş etdiriblər.
Günün müxtəlif saatlarında paytaxt Madriddən başqa İspaniyanın Sevilya, Qranada, Barselona, Las Palmas, Tenerife, Seqoviya, Soria və Bilbao kimi bir çox şəhərində Fələstinə dəstək nümayişlərinin keçiriləcəyi açıqlanıb.
İspaniyada Fələstinə dəstək nümayişləri keçirilib