Əlcəzair nümayəndəsi Qəzza həqiqəti ilə İsraili qarşı-qarşıya qoydu

İsrail tərəfindən davamlı olaraq inkar edilən Qəzzada açıqlıq böhranı BMT-də İsraili reallıqla qarşı-qarşıya qoydu. Əlcəzairin BMT-dəki nümayəndəsi Ömər Bencama BMT Təhlükəsizlik Şurasında İsrailin xarici işlər naziri Gideon Saara aclıq çəkən Qəzzəli uşağın fotosunu göstərib.

Dünyada milyardlarla insanın bildiyi bir faktla BMT-də İsrail də üzləşdi. Qəzzada törədilən soyqırımın kölgəsində tarixi bir fotoşəkil gündəmi sarsıtdı.

Əlcəzairin BMT-dəki nümayəndəsi Ömər Bencama BMT Təhlükəsizlik Şurasında soyqırım törədən İsrailin xarici işlər naziri Gideon Saara aclıq çəkən Qəzzəli uşağın fotosunu göstərib.

İsrailin xarici işlər naziri Saarın həmin an kameraya çəkilərkən fotoya sadəcə baxması təəccüblüdür.

İsrail aylarla davam edən bombardman, blokada və sistemli aclıq siyasəti ilə Qəzzada insanları qırmağa davam edir.

Oktyabrın 7-dən İsrail 60.000 dinc sakini aclıq və atəş nəticəsində şəhid edib. İsrail indi bomba əvəzinə Qəzza xalqını aclıqla məhv etməyə çalışır. Sionist İsrail ordusunun hədəfində olan xəstəxanalar, dərman və qidaya çıxışı olmayan şəhərlər və dağıdılmış infrastrukturlar mülki vətəndaşları, xüsusən də uşaqları yavaş-yavaş ölümə məhkum edir.