Dəhşət saçan rəqəmlər: 1,2 milyon fələstinli uşaq acdır

Qəzza sektorunda 1,2 milyon uşaq İsrailin yürütdüyü “aclıq siyasətinə” görə aclıqdan – kəskin ərzaq çatışmazlığından əziyyət çəkir.

Bu barədə Qəzza sektoru hökuməti bəyanatla çıxış edib.

İsrail blokadası və hücumlarına məruz qalan Qəzza sektoru misilsiz humanitar fəlakət içərisindədir.

Humanitar böhran bölgədə 2,4 milyon fələstinlini öz ərzaq, qida və dəman ehtiyaclarını təmin etmək imkanından məhrum edib.

Qeyd edilib ki, rəsmi aparıla bilən qeydiyyata əsasən, artıq 106-sı uşaq, 19-u qadın və 75-i yaşlılar olmaqla, 235 dinc qəzzalı aclıqdan həyatını itirib.

Təxminən 40 min körpə aclıqdan əziyyət çəkir. Qəzzadakı aclıq 5 yaşınadək olan 250 min uşağın həyatını təhdid edir.

İsrail Qəzza sektoruna qarşı bir silah kimi sistematik aclıq siyasəti tətbiq edir ki, bu da beynəlxalq humanitar hüququn pozulması və soyqırımı cinayəti deməkdir.

Qəzza sektoru hökuməti dünya ictimiyyətini, BMT və hüquq-müdafiə təşkilatlarını təcili tədbirlər görməyə, humanitar yardımlar və dərmanların çatdırılması yolundakı bütün maneələrin aradan qaldırmağa, həmçinin sərhəd-keçid məntəqələrin dərhal açılması istiqamətində addımlar atmağa çağırıb.

Xatırladaq ki, BMT Ümumdünya Ərzaq Proqramından bəyan edilib ki, hər üçüncü qəzzalı yalnız bir neçə gündən bir yemək yeyə bilir, regionda isə aclığın ən pis ssenarisi yaşanmaqdadır.