İlahiyyatçı Tale Bağırzadə Umbakıya köçürülüb. Bu barədə o, özü məlumat verib. T. Bağırzadə bildirib ki, avqustun 9-da köçürülmə baş verib və o, hal-hazırda Umbakı cəzaçəkmə müəssisəsində qapalı rejimdə cəza çəkməkdədir.
Xatırladaq ki, ilahiyyatçı cəza çəkdiyi 12 saylı müəssisədə binada baş vermiş çökmə nəticəsində yaşanan ölüm hadisəsindən sonra qəzalı vəziyyətdə olan binada məhbusların ölüm risqi altında olmasına etiraz etmişdi. Onun etirazı məhkəmə tərəfindən daxili qaydaların pozulması kimi dəyərləndirilərək Tale Bağırzadə barəsində 1 il müddətinə ciddi-qapalı rejimli cəzaçəkmə müəssisəsinə köçürülməsi qərarı verilmişdir.
Məlumat üçün deyək ki, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə 26 noyabr 2015-ci il “Nardaran hadisələri” zamanı həbs olunub. Müxtəlif maddələrlə ittiham olunan ilahiyyatçı məhkəmənin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Tale Bağırzadə Umbakıya köçürülüb