Qəzzaya hava yolu ilə 7 ölkədən 131 konteyner humanitar yardım çatdırılıb

Qəzza sektoruna humanitar yardımın hava yolu ilə çatdırılması davam edir.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son bir neçə saat ərzində Belçika, Almaniya, İordaniya, İtaliya, BƏƏ, Niderland və Fransa daxil olmaqla yeddi ölkə hava yolu ilə Qəzza sektorunun sakinləri üçün 131 konteyner ərzaq göndərib.

Əlbəttə ki, bu böhran vəziyyətində olan Qəzzə əhalisinin ehtiyaclarının ən cüzi hissəsini təmin edə biləcək.