Fələstin Səhiyyə Nazirliyi İsrail ordusunun hücumları nəticəsində Qəzzada şəhid olanların sayının 61 min 369-a çatdığını açıqlayıb.
Müharibə başlayandan yaralananların sayının 152 850 nəfərə çatdığı da bildirilib. Son 24 saat ərzində 39 şəhidin cənazəsi xəstəxanalara çatdırılıb, 491 nəfər yaralanıb.
18 mart 2025-ci il tarixindən bu yana davam edən yeni hücum dalğasında 9862 nəfər şəhid olub, 40809 nəfər yaralanıb.
Qəzzada minlərlə insan itkin düşüb və dağıntılar altında qalıb. Yardım paylama mərkəzlərində son 24 saatda 21 nəfər şəhid olub, 341-dən çox insan yaralanıb.
Son 24 saat ərzində aclıq və qida çatışmazlığı səbəbindən 11 ölüm qeydə alınıb; Bununla da aclıq qurbanlarının sayı 212-yə yüksəlib ki, onlardan 98-i uşaqdır.
Qəzzada şəhid olanların sayı 61 min 369-a yüksəlib