İdmançımız Dünya Oyunlarında fəxri kürsüyə qalxdı

Gimnastikanın tamlinq növü üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında fəxri kürsüyə qalxıb.

Tofiq Əliyev 30.500 xal toplayaraq gümüş medal qazanıb.

Birinci yeri ABŞ-dan olan Keyden Braun tutub. Britaniyalı Fred Tiqa isə bürünc mükafata sahib çıxıb.