Hollandiya İsraillə ticarət razılaşmasını dayandırır

Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp deyib ki, Netanyahu hökuməti Qəzza siyasətləri səbəbindən Avropanı tamamilə itirib. Veldkamp bəyan edib ki, ölkəsi Aİ ilə İsrail arasında azad ticarət sazişini dayandırmaq üçün çalışır.

Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp, Benyamin Netanyahu hökumətinin Qəzza və İordan çayının qərb sahilindəki siyasətlərinə görə Avropa Birliyi ilə əlaqələrini pisləşdirdiyinə diqqət çəkərək, "Avropanı tamamilə itirdiyini" söyləyib.

Veldkamp Axios xəbər portalına verdiyi müsahibədə Hollandiyanın Qəzzada müharibənin genişlənməsinə cavab olaraq Avropa Birliyi ilə İsrail arasında azad ticarət sazişini dayandırmağı hədəflədiyini də açıqlayıb.

“Biz indiki hökumətin siyasətini dəstəkləmirik”

Nazir Veldkamp, "Biz İsrailin yanındayıq, lakin mövcud hökumətin siyasəti ilə deyil" deyib.

Veldkamp vurğuladı ki, Avropanın İsrailə dəstəyi “Avropa paytaxtlarında artan narahatlığa səbəb olan hökumət praktikalarının təsdiqi demək deyil”.

Almaniya dünən də İsrail Nazirlər Kabinetinin Qəzza şəhərini işğal etmək üçün yeni hücumu təsdiqləmə qərarına cavab olaraq İsrailə qismən silah embarqosu tətbiq edəcəyini açıqlayıb.