Siyasətin acı üzü; dünən müttəfiq olan bu gün hədələyir

Zelenskinin cavabsız qalan çağırışları dünənə qədər onu dəstəkləyən, silah daxil hər növ yardım nümayiş etdirən ölkələr bu gün səssizlik içindədir. Avropanın böyük maraq nöqtəsinə yüksəldiyi və hal-hazırda ərazisi durmadan işğal olunan Ukraynaya dəstək axtaran Zelekski üçün bütün qapılar bağlanır. Sanki səs-səsə verib Ukrayna ərazisində birlikdə olduğunu söyləyən böyük Avropa ölkələri üçün Ukrayna heç əvvəldən yoxmuş kimi unudulub. 

Bu siyasətin ən iyrənc və eybəcər tərəfidir. Hansısa ölkənin varlığı kölgəsində, diktə və təsiri altında atılan addımlar sonunda Ukrayna kimi acı nəticələri ortaya qoymuş olacaq. Belə hadisələr yaxın və uzaq tarixin səhifələrində yetərincə çoxdur və hər biri eyni dildə danıışaraq rəhbərlərin etimad nöqtəsi olaraq xalqına, millətinə bağlı bir uğurun mümkünlüyündən söhbət açır.

Ukraynaya gəlincə isə son günlər Trampın belə hədəsində olan Zelekskiyə məcburi diktəsi bu ölkənin hansısa bir hissəsini itirmə təhlükəsini qaçılmaz edəcəyini söyləməyə əsas verir. Acısı isə bu Zelekskinin etibar etdiyi Qərbin məcburiyyəti və hər növ təminat aldığı Avropanın razılığı əsasında həyata keçməsindədir.

Artıq çağrışlara, müraciətlərə baxmayaraq “dostlar” susur, Rusiya isə Ukraynanın daha çox dərinliklərinə nüfuz edir. Bəlli bir praktika göstərir ki, Rusiyanın əldə etdiklərini ondan geri almaq bəzən çox çətin və onilliklərə söykənir, bəzən isə tamailə mümkünsüz olur.