Günlərdir başında yaranan səslər səbəbindən əsəb gərginliyi yaşayan Tərlan Səyadovu avqustun 12-də saxlanıldığı Umbakı həbsxanasının rəhbəri qəbul edib. O, Səyadovun şikayətini dinlədikdən sonra şənbə günü, avqustun 16-da müayinə olunmaq üçün Penitensiar Xidmətin nəznindəki Müalicə Mərkəzinə göndərilməsi ilə bağlı göstəriş verdiyini bildirib.
Avqustun 13-də Müalicə Mərkəzindən Umbakıya gələn həkim də Tərlana xarici baxış edib və bildirib ki, o, dəqiq müayinə olunması üçün xəstəxanaya gəlməlidir.
Tərlan Səyadov 2015-ci ildə bir neçə ay intervalla iki dəfə iflic keçirib. Buna görə də baş-beyin, əsəb sistemi olduqca həssasdır. 2024-cü ilin martında şərlənərək həbs edilən Tərlanın bundan sonrakı istintaq, məhkəmə dövrləri onu daha psixi narahatlıqlarla baş-başa qoyub.
Artıq aylardır ki, başında yaranan səslər son dövrlər yuxu sistemini də sıradan çıxarıb deyə inanclı aqressiv olub. Problemin həll olunaraq sağlamlığının bərpası ilə bağlı müəssisə rəhbərliyinə inanclının müraciəti sabah ehtimal olan köçürülmənin həyata keçiriləcəyinə ümid yaradır.
Tərlan Səyadov Müalicə Mərkəzinə köçürüləcək