Omanın müftisi Yəmənə dəstək verdi

Oman Sultanlığının baş müftisi Əhməd əl-Xəlili Yəmən müqavimətinin İsrail rejimin ürəyini hədəf alan hücumlarını “böyük qələbə” kimi qiymətləndirib. Halili “Haqqın tərəfində duran igidlərə salam veririk” deyib.

Oman Sultanlığının rəsmi müftisi və İslam dünyasında mötədil, lakin aydın mövqeyi ilə tanınan Şeyx Əhməd əl-Xəlili Yəmən Silahlı Qüvvələrinin sionist rejimə qarşı hava məkanı əməliyyatlarına dəstək nümayiş etdirib.

"Biz ədalətin müdafiəsi yolunda sədaqətlə addımlayan Yəmən qəhrəmanlarını salamlayırıq. Onlar zülmə qarşı uca dayanıb, düşmənin ən həssas nöqtələrini hədəfə alaraq böyük uğur qazanıblar. Bu, ümmət üçün qürur mənbəyidir".

Şeyx Xəlili bundan əvvəl də tez-tez Qəzzədəki müqavimətə və ümmətin ortaq dəyərlərinə istinad edib və sionist rejimin Fələstin xalqına qarşı həyata keçirdiyi hücumlarla bağlı aşağıdakı ifadələri işlədib:

"Qəzzada törədilən qətllər bütün bəşəriyyətin vicdanına yönəlmiş bir xəyanətdir. Bu zülmə səssiz qalan hər kəs qiyamət günü bunun məsuliyyətini daşıyacaq".

Sözləri ilə bütün ümmət üzvlərinə çağırış edən Halili indi də Yəmənin qətiyyətli addımlarını eyni məcrada dəstəkləyir.