Romada İran-ABŞ danışıqlarının II raundu başa çatıb

Romada İran-ABŞ danışıqlarının ikinci raundu başa çatdı.

Danışıqlara birinci rauntda olduğu kimi bu dəfə də İran xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik etdi.

Məlumata görə, danışıqların üçüncü raundu gələn həftə keçiriləcək. Mətbuatda tərəflərin birinci görüşündən sonra səsləndirdikləri fikirlər ilk görüşün perespektivli olduğunu söyləməyə əsas verir. 

Qeyd edək ki, İran və ABŞ arasında danışıqların ilk raundu 12 apreldə Omanda keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilib.