Ər-Riyad və Vaşinqton Livan üzərində öz təsirlərini gücləndirirlər

Bildirilir ki, Səudiyyə Ərəbistanının nüfuzlu diplomatı Yezid bin Fərhanın Beyruta səfəri Livanda siyasi və təhlükəsizlik dinamikası ilə bağlı Ər-Riyad-Vaşinqton xəttində formalaşan yeni strategiyanı əks etdirəcək.

Əl-Əxbarın məlumatına görə, Səudiyyə Ərəbistanının Livandakı səfiri Yezid bin Fərhan Beyruta səfəri zamanı Ər-Riyad və Vaşinqtonun rəhbərlik etdiyi islahatlar prosesinə, xüsusilə Hizbullahın tərksilahına dəstək vermək, Livan-Suriya sərhədinin təhlükəsizliyi və regional sabitlik məsələlərini qiymətləndirmək üçün yüksək səviyyəli danışıqlar aparıb.

Səfər mart ayında Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın Livana dəstəyinin şərti olduğunu dediyi görüşün davamı kimi qiymətləndirilir.

Bin Fərhan, Livandakı islahatlar prosesinə dəstək verməklə, Livana verdikləri dəstəyə əmin olmaq üçün xarici güclərlə əlaqə saxlyıb. Səfərin məqsədi Ər-Riyadın Vaşinqtonla birlikdə hazırladığı yeni dövrdə atılacaq addımların xatırladılması və silahlarla bağlı qaydaların vurğulanması kimi açıqlanıb.

Bin Fərhanın Livan prezidenti Cozef Aun ilə görüşündən sonra Livan-Suriya münasibətləri də müzakirə edilib.

Səfər baş nazir Navaf Salamın Dəməşqdəki təmasları ilə eyni vaxtda baş tutub.

Səudiyyə Ərəbistanının himayəsində Livan və Suriya müdafiə nazirlərinin Ciddədə keçirdiyi görüşlərdə sərhəd təhlükəsizliyi kimi məsələlər gündəmə gəlib.

Livan Suriya ilə quru və dəniz sərhədlərinin demarkasiyası üzrə koordinasiya üçün komitələr təyin etməyi planlaşdırır. Bundan əlavə, prezident Aun Qətər əmiri Təmim bin Həməd Al Taninin dəvəti ilə Qətərə rəsmi səfər edəcək. Bu səfərlər zamanı Livana verilən siyasi və iqtisadi dəstək müzakirə olunacaq.