ABŞ məhkəməsi fələstinli fəal Mahmud Xəlilin ölkədən deportasiya oluna biləcəyinə qərar verib.
Luiziana ştatında immiqrasiya hakimi qərarını belə əsaslandırıb ki, hökumət Xəlilin ölkədə olmasının ABŞ xarici siyasətinə zidd olduğunu iddia edir və bu, onu deportasiya etmək üçün kifayətdir.
Bundan əvvəl Nyu York və Nyu Cersi ştatlarında federal hakimlər hökumətə iş mahiyyəti üzrə baxılana qədər Xəlili ölkədən çıxarmağı qadağan etmişdi.
Xəlilin vəkillərinin aprelin 23-ə qədər apellyasiya müraciəti etmək şansı var.
“Bu gün biz ən pis qorxularımızın meydana çıxdığını gördük: Mahmuda qarşı guya hüquqi prosedur adı altında bir tamaşa quruldu. Bu isə onun ədalətli məhkəmə hüququnun açıq şəkildə pozulması və immiqrasiya qanununun fikir azadlığını boğmaq üçün silaha çevrilməsi deməkdir”, - vəkil Van Der Hut açıqlamasında deyib.
Mahmud Xəlil Kolumbiya Universitetində magistratura üzrə təhsilini dekabrda tamamlayıb və “yaşıl kart”la ABŞ-da yaşamağa davam edib.
O bu il martın 8-i İmmiqrasiya və Gömrük İcrası (İCE) rəsmiləri tərəfindən həbs olunub.
Xəlil universitetdə İsrailin Qəzza zolağında apardığı müharibəyə qarşı aksiyaların təşkilatçılarından və tanınan üzlərindən biri olub.
O, ABŞ-da Donald Tramp hakimiyyətə gələndən bəri həbs olunan, vizası ləğv olunan və deportasiya təhlükəsi ilə üzləşən fəallardan yalnız biridir.
Dövlət katibi Marko Rubio bildirib ki, o, 300-dən çox tələbənin vizasını ləğv edib.
Rubio iddia edir ki, Xəlil və başqaları “HƏMAS” qruplaşmasına dəstək olublar və buna görə də ABŞ-da yaşamağa davam edə bilməzlər.
ABŞ məhkəməsi fələstinli fəal Mahmud Xəlilin ölkədən deportasiya oluna biləcəyinə qərar verib