Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş jurnalist Natiq Cavadlı ilə görüşüb.
Vəkil “Turan”- a bildirib ki, jurnalistin həbsindən sonra onunla bağlı istintaq hərəkətləri aparılmayıb.
“İş üzrə ümumi hərəkətlər var. Eyni zamanda, N.Cavadlı istintaq materiallarını imzalamaqdan imtina edir, çünki əvvəldən qaçaqmalçılıq ittihamlarını əsassız sayaraq ifadə verməkdən imtina edib”, vəkil söyləyib.
Bu iş üzrə onunla yanaşı baş redaktor Aynur Elgünəş (Qənbərova), jurnalistlər Aytac Tapdıq (Əhmədova), Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Aysel Umudova və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov saxlanılıb. Onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinirlər.
Natiq Cavadlı ifadə verməkdən imtina edir