Fazil Mustafa ilə bağlı bir olayın nöqtəsi qoyulmamış digəri üçün elə bil o, özü darıxaraq bunu mərkəzə çəkir. Bu dəfə isə o, prezidentin Milli Məclisin iclasında çıxışı zamanı mürgüləyən deputatları tənqid edənləri “axmaq” adlandırması ilə gündəmə gəlib. Millət vəkili tənqidinə əlavə fikirlər də qoşaraq: “Bu, əslində məmləkətimizdə ağıllılarla axmaqların nisbət göstəricisi sayıla bilər...", - deyərək, xalqın bu kütləsinin səviyyə göstəricisinə də müdaxilə edib.
Bu məntiqə Fazil bəyi gətirən səbəblərə müxtəlif rakursdan yanaşmaq olar. İlk öncə bundan başlayaq ki, ilk iclas və ölkə başçısının ilk çıxışı şübhəsiz “yeni” depudatların həyəcanına səbəb olmalı idi. Onlar nəniki yuxulamaq, hətta ciddi maraqla Prezidenti dinləmələri növbəti 5 il üçün hansısa prerspektivləri düşünməyə imkan verə bilərdi. Lakin depudatların belə bir situasiyada gülüş mərkəzinə çevrilmələri bir çox qarışıq fikirləri ortaya qoydu ki, ola bilər Fazil bəy məsələnin bu nöqtəyə gəlmədən uzaqlaşmasına təşəbbüsünü göstərmiş olub.
Digər məqam millət vəkilinin seçildiyi tərəfin haqlı mövqeyindən çıxış etməsi, onun məclisdə danışan dili olmalı halda Fazil bəyin təyinat ünvanını müdafiə kimi çıxışı bu məsələdə “öz tərəfinin” sərhədlərini qorumaq kimi göstəriş oldu.
“Axmaq”, məmləkətin axmaqlarının ağıllılara nisbətdə çoxluğu fikrinə gəlincə (bunu Fazilin təbiri ilə dedik) cəmiyyəti formalaşdıran struktur onun ağıl səviyyəsini də yüksəldə, idrakını inkişafa apara bilir ki, bu güzgüdə yenə illərdir ki, Milli Məclis kürsülərini “özəlləşdirən” fazillərin siyasi və əqli nöqsanları səbəb olaraq göstərilə bilər. Hər bir halı ilə xalq nümunəni, çevrilməni öndə duranlardan götürərək formalaşır. Bunu formalaşdıran, “axmaq” adlandırılan insanların idrakını belə bir səviyyəyə gətirən elə rəhbər kürsünün sahibləridir.
Ona görə də əgər qınaq varsa, bu, öncə qınağa tuş gələni gətirib çıxaracaq ünvanlı bir haldır. Əlbəttə bu nöqtədə elə Fazil bəyi depudat seçən (əgər seçkili olubsa) xalqın da bu hədəfdə payı az deyil. Hər bir halda, öz gözündə tiri görmədən başqasının gözündə tük axtarmaq doğru deyil.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev Milli Məclisin ilk iclasında 1 saatlıq çıxışı zamanı bəzi deputatların mürgülədiyi video sosial mediada geniş yayılıb. Deputatların Milli Məclisin ilk iclasında, həm də ölkə başçısının çıxış etdiyi məqamda yuxulaması ciddi müzakirələrə və tənqidlərə səbəb olub.
https://t.me/Tehlil_Tenqid_tv
Fazil Mustafanın tənqidçiləri “axmaq” adlandırması əslində...