Qeyri-ənənəvi təriqətlər - Azərbaycanda gözlənilən təhlükə (1-ci hissə)

Milli kimliyə həkk olan inanc bu xalqın tarixi köklərində inkişaf edərək bu günün Azərbaycan adlı dövlətinin formalaşmasında müstəsna rola malik olub. Zamanla yaşanan müdaxilələr dəyərlərin dəyişdirilmə cəhdində nəticəsiz qalma səbəbini bu günün reallığında müşahidə etmək olar.

Xüsusi olaraq inancın bir xalq olaraq bütün sahələrdə öz təsirini göstərməsi bütün cəhdlərin uğursuzluğuna bariz nümunədir. Keçmişin tarixi abidələrindən bu günün dövlət atributlarına qədər hər sahədə dinin rolunu görmək olar. Çoxmillətli Azərbaycanımızda dini müxtəliflik mövcud olsa da, əsasən müsəlmanlardan ibarət xalqımızın inanc mənbəyi İslamdır.

Böyük əksəriyyət dini inancını yüz illiklər öncə seçmiş, onun incəliklərini mənimsəmiş və İslamı öz həyat tərzinə daxil etmişdir. Elə buna görə də müqəddəs ziyarətgahların yer alıdğı Azərbaycan mədəniyyəti bu dini inancın işığında formalaşaraq bütünləşə bilib.

Ölkədə həmişə dominantlıq ənənəvi islam olaraq Cəfəri məzhəbini özünə xətt seçib. Bu seçim də təsadüfi deyildir. Əhli-beyt (ə) xəttinin özünəməxsusluğu xalqın bu həqiqəti təkcə İlahi seçimlik kimi əsas göstərici deyil, eyni halda sülh və səmimiyyət, elm və mədəniyyət, ədalət və mübarizə kimi bir çox özəl göstəricilərin xalqın ruhuna yaxın olması ilə də əlaqəli olaraq bu etiqadı qəbul etmişlər. 

Müstəqilliyin bərpasından sonra yaradılma səbəbi İslamın “nifrət, qaniçən, dağıdıcı” bir din olaraq göstərilməsinə hesablanmış qeyri-ənənəvi təriqətlərin dünyada yayılmış modelləri Azərbaycana da qrantlar, missioner təşkilatların çətirləri altında gətirildi. Bir müddət fəaliyyət imkanları “Lə iləhə İlləllah” çağırışı altında baş tutsa da, sonradan bu təriqətlər həqiqətini ortaya çıxardı.

Bəzi statistik göstəricilər bu siyasi cərəyanların praktiki olaraq Yaxın Şərdə baş verən hadislərin “yaxın iştirakçılarına” çevrilmələri, bu ideyaların özündən başqa hər kəsi kafir bilərək qanlarını axıtmağı caiz bilən fikirlərlə Azərbaycanda genişlənmələri sözün həqiqi mənasında narahatlıq doğurdu. 

Hətta sayları minlər üzərindən Suriya, İraq kimi ölkələrdə İŞİD, Əl-Qaidə, Nusra, Təhriri-Əhli-Şam və sair bu kimi təşkilatların daxilində vuruşaraq öldürülməsi danılmaz faktlardandır. Bu gün də ərəb dövlətlərindən danışıqlar yolu ilə onların dul qalmış həyat yoldaşları, az yaşlı uşaqlarının Azərbaycana gətirilməsi prossesi bu məsələnin nə qədər böyük və təhlükəli olduğunu göstərir.  

Hal-hazırda qeyd edilən ölkələrdə “camaat qruplaşmaları”nda döyüşən yetərli Azərbaycan vətəndaşları var ki, günümüzdə ölkəmizdə həbsxana həyatı yaşamaqdadırlar. Qanunvericilik bu tip hərbi birləşmələr sırasında vuruşan şəxslərin əməllərinə hüquqi qiymət verərək onları uzunmüddətli həbs həyatına məhkum edib. Əlbəttə, həbs həyatı onun zehni təsirlərini aradan qaldırmasa da, bir müddət onların eyni zehniyyətini Azərbaycan üçün də düşünmə imkanlarını məhdudlaşdıracaq.

Ancaq bu heç də bu təfəkürün sıradan çıxarılması anlamına gəlməz. Günümüzdə qeyri-ənənəvi bu tip təriqətlərə yaradılan münbit şərait hal-hazırda kamufulyaj olunmuş siyasi cərəyanların ölkəmizdə rahat inkişafına zəmin yaradıb. Bu gün hər şeyin rəddi ilə məşğul olan bu təriqət tərəfdarları birmənalı olaraq Azərbaycanda ənənəvi əqidənin - Cəfəriliyin müdafiə sisteminə şübhəli fikirlər yaymaqla xalqı bu inancdan uzaqlaşdırmaq üçün əlindən gələni edir.

Güya hər şeyin Quranda olacağı iddiası ilə başlanan bu savaş bu gün Quranda yer alan fikirlərin belə özünəməxsus izahı ilə yeni, qarışıq, dağıdıcı bir fikir formalaşması gündəmdədir. Hakimiyyətin Cəfəriliyə, onun sistemləşdirilmiş əqidə məktəbinə qarşı qərəzi fonunda, məhdudiyyəti fonunda belə siyasi cərəyanlara - dağıdıcılığa açdığı qabı bu məzhəblər üçün ölkəni təhlükəli məkana çevirib. Xüsusi olaraq sosial media üzərindən geniş təbliğat və təşviqat aparan bu siyasi cərəyan tərəfdarları zamanla həqiqi məqsədləri ilə bağlı terrorçu-dağıdıcı addımlarda da çıxış etməyə çalışırlar.

Eyni halda öz “əmirlik” sisteminin qurulması planını həyata keçirməyə çalışan fikir sahibləri silahlı dəstələr, terrorçu qruplaşmalar, xüsusi hazırlıq keçmiş üzvlərlə zamanla ölkəmizdə insident yaşamaqdadırlar. 

XXI əsrin irtica təfəkkürü bu gün ən qorxulu bəlanı ölkənin daxilinə daşımaqla ənənəvi əqidə məktəblərinin ziddi olaraq qeyri ənənəvi siyasi cərəyanları sürətli yaymaqdadırlar. Təəssüf ki, bu addımların yalnız son həddini dəyərləndirən rejim yalnız bu cərəyanların təhlükəsi boğaza dirənincə hərəkətə keçir.

2025-ci ilin ilk 5 ayı üçün nəticələr və ötən illərin statistikası isə vəziyyətin yetərincə pis olduğunu göstərən faktlatla zəngindir. Biz hər kəsin bacararaq sosial axtarış saytları üzərindən apardımız araşdırmalarla əldə etdiyimiz göstəriciləri paylaşmazdan öncə bu günün siyasi cərəyanları üçün açıq qapı yaradanlara bir daha bu işdə hansı təhlükə ilə üzləşdiyimizlə bağlı xəbərdarlıq etmək istəyirik.

Suriyada, İraqda diri-diri insanları yandıran, baş kəsən, gözünü qırpmadan güllələmək əmri verən siyasi təriqətlərin bu gün maskalanan davamçıları fərqli söz söyləməyəcək. Kimlərinsə əlində vasitə olan bu tip düşüncə hərəkətə keçərsə, burada kiminsə amanda qalması kimi fikirlər həqiqətdən çox çox uzaq görünür.

Yaxın təcrübə göstərir ki, bu məsələdə vasitəçi olanların özləri və ailələri çox zaman yaşanan problemin elə ilk qurbanları olurlar.

Bu nöqtədə ölkənin qeyri-ənənəvi siyasi cərəyanları ilə bağlı Azərbaycanda yaşanan olaylara qısa da olsa nəzər salaq.

May 2025-ci il

Terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilmişdir. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilmişdir...

Nəticə:
1- Dörd Azərbaycan vətəndaşı (Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov) 2024-cü ildə ölkədən çıxıblar;
2- Onlar terrorçuluq məqsədilə yaradılmış bir dəstənin üzvləridir;
3- Hazırda Pakistan ilə Əfqanıstan sərhədindəki dağlıq ərazilərdə gizlənirlər;
4- Onlar beynəlxalq terror təşkilatının sıralarında döyüş təlimləri alıb, silahlı münaqişələrdə iştirak edirlər;
5- Cinayətkar məqsədlərlə silahlı hazırlıq keçdikləri müəyyən edilib.

Ümumi nəticə:
Bu şəxslər terrorçuluqla məşğul olmaq üçün ölkədən çıxıb, xaricdə silahlı təlimlərə qatılıb və təhlükəli fəaliyyətlərə cəlb olunublar. Dövlət orqanları onların harada olduqlarını və nə iş gördüklərini müəyyən edib. Digər nüans isə budur ki, qarşı tərəfin qətlini vacib hesab edən xain təfəkkür Azərbaycanda hər gün artmaqda davam edir... 

1-ci hissənin sonu (ardı var).