Çempionlar Liqası: "Bavariya" 9 qolla qalib gəldi, "Milan" "Liverpul"a uduzdu

UEFA Çempionlar Liqasının yeni formatda keçirilən əsas mərhələsində birinci tura start verilib.

Operativtv Unikal-a istinadən xəbər verir ki, liqa mərhələsinin maraqlı oyunlardan biri İtaliyanın “Milan” və İngiltərənin “Liverpul” komandaları arasında olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Almaniya nəhəngi "Bavariya" doğma meydanda "Dinamo"nu (Zaqreb, Xorvatiya) 9:2 hesabı ilə darmadağın edib.

UEFA Çempionlar Liqası

I tur

“Yuventus” – PSV - 3:1

“Yanq Boys” – “Aston Villa” - 0:3

“Milan” – “Liverpul” - 1:3

“Bavariya” – “Dinamo Zaqreb” - 9:2

“Real Madrid” – “Ştutqart” - 3:1

“Sportinq” – “Lill” - 2:0

Qeyd edək ki, birinci turun digər qarşılaşmaları 18-19 sentyabrda keçiriləcək.