Paris-2024: Azərbaycan 4-cü medalını qazandı

Azərbaycanın yunan-Roma növü üzrə güləşçisi Həsrət Cəfərov avqustun 8-də Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

67 kq çəki dərəcəsində yer alan H. Cəfərov qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib.

Rəqibinə 8:0 hesabı ilə qalib gələn Həsrət Cəfərov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bu, Azərbaycanın yunan-Roma güləşçilərinin yarışda qazandığı ilk və tək mükafat olub.

Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

XXIII Yay Olimpiya Oyunlarının rəsmi açılışı iyulun 26-da olub. Olimpiyada oyunları avqustun 11-də başa çatacaq.

Azərbaycan taekvondoçusu gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

58 kq çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.

Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yiyələnib.

O, ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə zədə üzündən sona qədər davam etdirə bilməyib.

Q.Maqomedov görüş zamanı ayağından zədə alıb.

Bu Paris-2024 Olimpiya Oyunlarında Azərbaycanın 3-cü medalı olub. Buna qədər bu yarışlarda Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

XXIII Yay Olimpiya Oyunlarının rəsmi açılışı iyulun 26-da olub.

Azərbaycan bu yarışlara 15 idman növü üzrə 48 idmançı göndərib. Avqustun 11-dək davam edəcək olimpiadaya 200 civarında ölkədən 10 min 500 idmançı qatılıb.

Artıq bu oyunlar çərçivəsində 80 civarında ölkə müxtəlif sayda medallar qazanıb.