Görəsən, YAP öz siyahısını müəyyənləşdirərkən, namizəd kimi irəli sürdükləri şəxsləri məcburi narkoloji və ya psixoloji müayinədən keçirmək heç kəsin ağlına gəlməyibmi?!
Çünki siyahıda xroniki alkoqolizmdən və narkomaniyadan ciddi əziyyət çəkən, uzun müddət bu diaqnozla müalicə olunan şəxslər də var. Seçicinin isə soruşmaq və bilmək haqqıdır ki, onu təmsil edəcək şəxs sağlam, anlaqlı duruma sahibdir, ya yox?!
Vacibdirmi ki, xroniki alkoqolikləri və narkomanları mütləq gətirib Milli Məclisə dürtüşdürəsiniz?!
Bu özünü idarə edə bilməyən adamları "millət idarəçisi", müəyyən regionların daimi təmsilçisi, dəyişməyən siması, sifəti kimi cəmiyyətə sırımaqla, kim nə qazanır, kim nəyin qisasını alır, mən hələ də anlamıram...
Elxan Şükürlü
Görəsən, YAP öz siyahısını müəyyənləşdirərkən namizədlərin məcburi narkoloji və ya psixoloji müayinədən keçirmək heç kəsin ağlına gəlməyibki?!