İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xan və onun xarici işlər naziri Şah Mahmud Qureşinin dövlət sirləri ilə qanunsuz davranış barədə məhkəmə hökmünü ləğv edib.
Amerikanın Səsinin müxbirinin bazar ertəsi şahidi olduğu qısa şifahi ifadədə ali məhkəmənin iki üzvü Xan və Quresinin bəraətlərini elan edərək onların apellyasiya şikayətlərini təmin edib.
"Sayfer işi" kimi tanınan iş üzrə qərar yanvar ayında xüsusi, aşağı instansiya məhkəməsinin Pakistanın ABŞ-dakı o vaxtkı səfirinin göndərdiyi gizli diplomatik kabelin məzmununu ictimaiyyətə açıqladığına görə Xan və Qureşi hər biri 10 il həbs cəzasına məhkum etdikdən sonra verilib.
Yüksək rütbəli sabiq dövlət rəsmiləri "qurama iş"in siyasi motivli olduğunu və məhkəmənin ədalətsiz şəkildə keçirildiyini iddia etmişdilər.
Ali məhkəmənin qərarına baxmayaraq, Xan və Qureşi hələ azadlıqda deyillər. Belə ki, keçən avqustdan həbsdə olan İmran Xan qanunsuz nikaha görə məhkumluq cəzası çəkməkdədir.
Qureşi də hələlik həbsdə qalır. O, ötən ilin mayında Xanın tərəfdarlarının keçmiş baş nazirin həbsinə etiraz etmək üçün hərbi və hökumət binalarına hücum etməsindən sonra baş verən zorakılıqla bağlı ittihamlarla üzləşir.
Xanın mənsub olduğu Pakistan Tehrik-e-İnsaf (PTI) partiyası bazar ertəsi hökmü alqışlayıb. Çox ehtiyac duyulan hüquqi yardımla bağlı tərəfdarları təbrik edən partiya lideri Syed Zulfikar Buxari X-də yazdığı mesajda Xan və Qureşini "satqın" kimi təqdim etmək cəhdlərinin iflasa uğradığnı bəyan edib.
Məhkəmə Pakistanın keçmiş baş naziri İmran Xana dövlət sirlərinin sızdırılması işi üzrə bəraət verdi