Jerusalem Post: Yəmən ordusunun əməliyyatı Eylat limanının fəaliyyətini sıfıra endirib

İsrailin "Jerusalem Post" qəzeti Yəmən ordusunun Qırmızı dənizdə davamlı hərbi və cəza əməliyyatlarından sonra işğal olunmuş Fələstinin cənubundakı Eylat (Umm ər-Rəşraş) limanının fəaliyyətini dayandırdığını açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, “Jerusalem Post” qəzeti ABŞ Konqresinin araşdırma departamentindən sitat gətirdiyi hesabatda əlavə edib: Yəmən ordusu 2023-cü il oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatının başlanmasından bəri işğal olunmuş ərazilərdəki sionist hədəflərə ən azı 53 dəfə hücum edib. 

Bu qəzet əlavə edib: Yəmənin Ənsarullah hərəkatı təkcə birbaşa İsrailə (işğal olunmuş ərazilərə) hücum etmir, həm də Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçərək Eylat limanına girməyə çalışan gəmiləri də hədəf alır ki, bu məsələ Eylat limanının iqtisadi fəaliyyətini sıfıra endirib və dayanıb.