Türkiyə ərazisi top atəşinə tutuldu - Yaralılar var

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 2 top mərmisi atılıb.
 
Trend-in məlumatına görə, hadisə nəticəsində 9 nəfər nəfər yaralanıb.
 
Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.
 
Oktyabrın 9-da Türkiyənin Silahlı Qüvvələri Suriyanın  şimal-şərqində  "Barış pınarı" əməliyyatına başlayıb.