Bu gün Gürcüstanın yeni Baş naziri seçiləcək.
Qaynarinfo xəbər verir ki, hazırda partiya sədri Bidzina İvanişvilinin rəhbərliyi ilə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının Siyasi Şurasının iclası keçirilir. Daha sonra parlamentdə hökumətdə ötən gün baş verən dəyişiklik müzakirəyə çıxarılacaq və yeni Baş nazirin kimliyi məlum olacaq.
Qeyd edək ki, ötən gün hökumət rəhbəri Mamuka Baxtadze istefa verib. O, 2018-ci ilin iyun ayından Baş nazir vəzifəsini icra edirdi.
Bu gün Gürcüstanın yeni Baş naziri seçiləcək
Oxşar xəbərlər