Səudiyyə Ərəbistanının Hacc və Ümrə Nazirliyi bildirib ki, çoxgirişli ümrə vizası verildiyi tarixdən etibarən 365 gün müddətində qüvvədə olacaq.
Bu viza sahiblərinə il ərzində ölkəyə bir neçə dəfə giriş və çıxış etmək imkanı yaradacaq.
Nazirlik açıqlayıb ki, hər girişdən əvvəl zəvvarlar “Nusuk” tətbiqi vasitəsilə bütün tələb olunan prosedurları tamamlamalıdır.
Bunun üçün nazirliyin təsdiqlədiyi xidmət paketlərindən biri seçilməli və rəsmi ümrə icazəsi alınmalıdır.
Yeni qaydalara əsasən, viza bir il qüvvədə olsa da, həmin müddət ərzində Səudiyyə Ərəbistanında ümumi qalma müddəti 90 günü keçə bilməz.
Bu müddət ölkəyə hər giriş zamanı qalınan günlərin cəmlənməsi ilə hesablanacaq. Hər çıxışdan sonra sistem istifadəçinin qalan qalma hüququnu avtomatik yeniləyəcək.
Nazirlik çoxgirişli ümrə vizasının Həcc ziyarəti üçün istifadə olunmasının mümkün olmadığını da vurğulayıb.
Bildirilib ki, hicri təqvimi ilə 1 Zilqədə – 13 Zilhiccə tarixləri arasında bu vizaya malik şəxslərin ölkəyə girişinə icazə verilməyəcək. Zəvvarlara səfərlərini bu məhdudiyyətləri nəzərə alaraq planlaşdırmaq tövsiyə olunub.
Səudiyyə Ərəbistanından Ümrə zəvvarları üçün mühüm yenilik