Yəmən Ali Siyasi Şurası Səudiyyə Ərəbistanına cavab olaraq, “hava limanına qarşı hava limanı, blokadaya qarşı blokada” prinsipinə əsaslanan yeni çəkindiricilik doktrinası elan edib.
Səudiyyə rejimini fəsadlara görə birbaşa məsuliyyət daşıdığını bildirən şura, sözügedən əməliyyatların Yəmən xalqını ən fundamental hüquqlarından məhrum etməyə yönəlmiş bir cinayət olduğunu vurğulayıb.
Şura, həmçinin bütün Yəmən xalqını “Xəbərdarlıq və Səfərbərlik Cüməsi” adı altında keçiriləcək genişmiqyaslı etiraz aksiyalarında fəal iştirak etməyə çağırıb.
Abha Hava Limanına cavab zərbəsi
Yəmən Silahlı Qüvvələri iyulun 13-də Səna hava limanına edilən hücuma cavab olaraq, Səudiyyə Ərəbistanının daxili bölgələrində yerləşən Abha Beynəlxalq Hava Limanının ballistik raketlər və PUA-larla (pilotsuz uçuş aparatları) uğurla vurulduğunu bəyan edib.
Bu qisas əməliyyatı zamanı Yəmən hava hücumundan müdafiə bölmələrinin mülki obyekti hədəf alan Səudiyyə qırıcıları ilə birbaşa hava döyüşünə girdiyi qeyd olunub.
Əl-Husi: “Real tənlik Səna hava limanına qarşı Ər-Riyad hava limanıdır”
“Ənsarullah” hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi Səudiyyə rejiminin bu əməliyyatlara reaksiyasının onların təcavüzkar mövqeyinin növbəti təzahürü olduğunu bildirərək xəbərdarlıq edib:
“Real tənlik Səna hava limanına qarşı Ər-Riyad hava limanıdır.”
Səudiyyə Ərəbistanının gərginliyi hərtərəfli şəkildə artırmağı seçəcəyi təqdirdə Yəmənin də eyni qətiyyətlə cavab verəcəyini vurğulayan əl-Husi, Yəmən xalqının cümə günü keçirəcəyi nümayişlərlə blokada və məhdudiyyətlərə qarşı azadlıq və ləyaqət seçimini bir daha bütün dünyaya nümayiş etdirəcəyini bəyan edib.
Yəmən Səudiyyə Ərəbistanına qarşı yeni hərbi doktrina elan etdi