Anlaşmanın pozulması bir daha Amerika prezidentinin imzasının dəyərsizliyini və etibarsızlığını sübut etdi

İranın Ali Dini Rəhbəri son hadisələrlə bağlı xalqına müraciət edib. Ayətullah Seyid Müctəba Xameneinin bəyanatının bir hissəsində deyilir:

Bu böyük hadisə (İranın şəhid liderilə vida mərasimi) ilə yanaşı, "Böyük Şeytan"ın (Amerikanın-red) İran və Amerika prezidentləri arasında imzalanmış anlaşmaya qarşı ardıcıl əhd-peyman pozmaları bir daha hamıya sübut etdi ki, Amerika prezidentinin imzası nə qədər dəyərsiz və etibarsızdır; zorakılıq, hegemonluq və vəhşilik Amerika məsləkinin və yolunun ayrılmaz hissələridir.

Bu gün "Böyük Şeytan" bir daha öz əsl və maskasız simasını göstərdi ki, bu cinayət və əhd-peyman pozma kimi qaranlıq təcrübə, Amerikanın yalançı, məntiqsiz, etibarsız və mənfur olduğuna dair daha bir möhkəm sənəd olsun.

İndi ki, düşmən Amerika müharibəni qızışdırmaq, daha ağır xərclərə qatlaşmaq və daha çox rüsvayçılıq dalınca qaçır, bilməlidir ki, əziz İran xalqı və Müqavimət Cəbhəsi onun üçün unudulmaz dərslər hazırlayıb; İslam döyüşçülərinin şücaəti və cənub bölgəsinin cəsarətli insanlarının qeyrəti bu günlərdə bunun göstəricisidir."