Bu barədə Umbakı Pentensiar Kompleksinin qapalı tipli həbsxanasının "cəza kamerası"ndan 18 iyul tarixində 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən siyasi məhbus, dindar Süleyman Ələkbərovun ailəsi məlumat verib:
"Süleyman 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb, "cəza kamerasın"da saxlanılır. Hazırda səhhətində yaranan çox ciddi problemlərə görə Umbakıda başladığı aclıq aksiyasını saxlayıb. Böyrəkləri fəaliyyətini yerinə yetirmir və Süleyman bu problemdən çox əziyyət çəkir.
Süleyman Azərbaycanda 6 dindar və 9 jurnalist xanımın şərlənərək həbs edilməsinə etiraz olaraq aclığa başlamışdı. Lakin səhhətində yaranan ciddi problemlərə görə aclıq aksiyasını dayandırmaq məcburiyyətində qaldı. O, "cəza kamerası"ndan həbsdə olan xanımlara müraciət edərək onlardan üzr istəyib: "Məni bağışlayın, bu qədər gücüm çatdı" deyib."
YADDAŞ
Bakı sakini, dindar Süleyman Ələkbərov şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi layihəsi çərçivəsində 26.10.2023-ci il tarixində "50 qəpik" restoranında həbs edilib. Ailəsi onu bir neçə gün axtardıqdan sonra 1 saylı Bakı İstintaq Təcridxanasında tapıb. Məlum olub ki, Süleyman Ələkbərov Azərbaycan CM-nin 234.4.3 maddəsi ilə (narkotik maddələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) şərlənib və məhkəmə ona 4 aylıq istintaq müddəti təyin edib.
7 avqust 2024-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə 234.4.3 maddəsi dəlil sübut olmadığına görə 234.1-1-ə tövsif edilib və Süleyman Ələkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatların tərtib etdiyi siyasi məhbus hesabatında yer alıb.
Siyasi məhbus Süleyman Ələkbərov xanımlara müraciət edib: "Məni bağışlayın!"