İranın regiondakı ABŞ hərbi bazalarına yönələn zərbələri nəticəsində amerikalı hərbçilərin həlak olmasından sonra, ABŞ-ın bir çox nüfuzlu siyasətçisi və konqresmeni mövcud hərbi münaqişənin dərhal dayandırılması üçün çağırışlar etməyə başlayıblar.
Merilend ştatından olan senator Kris Van Hollen (Chris Van Hollen) öz rəsmi “X” (keçmiş Twitter) hesabında etdiyi paylaşımda, zərbələrdən zərər çəkənlərin ailələrinə başsağlığı verərək müharibəni “mənasız” adlandırıb:
“Dünən İordaniyadakı bazaya edilən hücumda həlak olan iki amerikalı hərbçini, yaralıları və hələ də itkin sayılan əsgərimizi düşünürəm. Onlar və ailələri üçün dua edirəm. Bu mənasız müharibə heç başlamamalı idi və dərhal sona çatmalıdır.”
Kaliforniya ştatını təmsil edən konqresmen Ro Xanna (Ro Khanna) da amerikalı əsgərlərin ölüm xəbərinin rəsmən təsdiqlənməsindən sonra oxşar bəyanatla çıxış edib. O, “İordaniyadakı bazalarımızdan birinə edilən hücumda iki əsgərimizin həlak olması və üçüncüsünün itkin düşməsi xəbəri ilə ürəyimiz onların ailələrinin yanındadır. İranla aparılan bu müharibəni dayandırın,” — deyə bildirib.
Konnektikut senatoru Kris Mörfi (Chris Murphy) isə mövcud proseslərin getdikcə ABŞ-ın strateji maraqlarının əleyhinə döndüyünü və rəsmi Vaşinqtonun vəziyyətə nəzarəti itirdiyini vurğulayıb.
Mörfi ABŞ rəhbərliyinin siyasətini tənqid edərək bu ifadələri işlədib: “Vəziyyət çox sürətlə qaranlıq bir məcraya yönəlir. Daha iki amerikalı həyatını itirdi. Hücumların miqyası və gərginliyin daha da alovlanması təhlükəsi sürətlə artır. Tramp bu müharibənin idarəolunmasını qorxulu dərəcədə əldən verib.“
Kaliforniya ştatının nümayəndəsi Ro Xanna (Ro Khanna) da amerikalı əsgərlərin ölüm xəbərinin rəsmən açıqlanmasından sonra İranla müharibənin bitirilməsi çağırışını edib.
Xanna bildirib: “İordaniyadakı bazalarımızdan birinə yönələn İran hücumunda həlak olan iki amerikalı əsgər və itkin düşən üçüncü əsgərimiz səbəbindən düşüncələrim onların ailələrinin yanındadır. İranla aparılan bu müharibəni dayandırın.“
Hazırda ABŞ-ın daxili siyasi arenasında regiondakı hərbi mövcudluğun gələcəyi və İrandan gələn təhdidlərə qarşı hansı strategiyanın seçilməli olduğu barədə müzakirələr kəskinləşməkdədir
İranın hücumlarından sonra ABŞ-dakı senatorlar müharibəyə etiraz edir