Lənkəran Penitensiar Kompleksində saxlanılan siyasi məhbus, ruhanu Mənsur Vəlişov cəza kamerasına salınıb. Bu barədə onun həyat yoldaşı məlumat verib:
"Ötən gün Mənsurun zəng günü idi, lakin zəng etmədi. Çox nigaran qaldıq. Araşdıranda məlum oldu ki, "kars"a salınıb.
Nə vaxt və hansı səbəbdən cəzalandırıldığını öyrənmək üçün aidiyyəti qurumlara müraciət etsək də, məlumat ala bilmədik. Penitensiar Xidmətin qaynar xəttindən bildirdilər ki, daxili qaydaları pozub. Konkret hansı qaydanı pozduğunu soruşdum, demədilər.
Həbsxanadan aldığımız məlumata görə, Mənsur bir xəstə məhbusun döyülməsinə etiraz etdiyinə görə cəzalandırılıb.
Əslində Mənsuru yenidən Umbakı Penitensiar Kompleksinin qapalı tipli həbsxanasına göndərmək üçün ən xırda detalları da şişirdib onu "kars"a salırlar. Bu dəfələrlə təkrar olunduğuna görə, artıq gedişatı əzbərləmişik."
Siyasi məhbus, Bakı sakini Vəlişov Mənsur Ağabala oğlu şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə həbs edilməsi çərçivəsində 11 mart 2023-cü il tarixində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və ya satma) ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
İlahiyyatçı zorakılığa etiraz etdiyinə görə növbəti dəfə "kars"a salınıb