Fransanın ən böyük məscidinin 100 yaşı tamam oldu

15 iyulda Paris şəhərinin Cümə Məscidinin 100 yaşı tamam olub.

Fransa paytaxtıın Latın kvartalında yerləşən bu məscidin – Böyük Paris məscidin yüzilliyi münasibətilə keçirilən tədbir zamanı onun həyətində zeytun ağacı əkilib.

Qeyd edək ki, sözügedən müsəlman ibadətgahı 1926-cı il 15 iyulda istidadəyə verilib.

1983-cü ildən isə adıçəkilən msəcid Fransanın tarixi abidəsi elan edilib.

Bu məscid Fransanın ən böyük, Qərbi Avropanın isə 3-cü ən böyük məscidi hesab edilir.