Əli Kərimli sərbəst buraxılıb

Əli Kərimli Binəqədi rayon Polis İdarəsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

***

14.03 - Bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub.

AXCP sədrini  süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli saxlanılıb.

Ə.Kərimli Müsavat Partiyasının qərargahına siyasi və ictimai fəallarla bağlı marafona qoşulmaq üçün gedib.

Bu zaman onu polis saxlayıb.

Hadisə ilə bağlı rəsmi məlumat veriləcəyi gözlənilir.