Medianın İnkişafı Agentliyi (MEDİA) ABŞ-nin CNN telekanalının Azərbaycandan üzr istəməsini tələb edib.
MEDİA iyunun 5-də yaydığı bəyanatda bildirir ki, buna səbəb CNN-in Azərbaycan haqda "heç bir fakta istinad etmədən açıq-aşkar feyk məlumat tirajlamasıdır".
Sözügedən yazıda adı açıqlanmayan mənbələrə istinadən İsrailin Azərbaycan ərazisindən istifadə etməklə İrana qarşı hərbi əməliyyatlar təşkil etdiyi iddia olunur.
"Dezinformasiya yaymaqla media etikasının dəyərlərinə və xəbərdə balansın qorunması kimi peşəkar jurnalistikanın təməl prinsiplərinə məhəl qoymayan CNN özünün reputasiyasını ləkələməklə yanaşı, həm də hibrid müharibənin propaqanda aləti kimi çıxış edib. CNN-in yaydığı dezinformasiya Azərbaycana və bütünlükdə regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribatdır və bu məlumatın yayılması beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb", - bəyanatda deyilir.
CNN-in iddiasına əsasən, İsrailin hərbi kəşfiyyat qüvvələri Azərbaycanın cənubunda, İranın şimal sərhədinə bitişik bir neçə nöqtədə fəaliyyət göstərib. Bu məntəqələrdən ən yaxını İsrailin müharibə zamanı zərbələr endirdiyi İranın Təbriz şəhərindən təxminən 100 kilometrə yaxın məsafədə yerləşib.
Bəzi mənbələrin bildirdiyinə görə, əraziyə yerləşdirilən xüsusi təyinatlı komando bölmələri həm kəşfiyyat məlumatlarının toplanmasını, həm də pilotsuz uçuş aparatları ilə əməliyyatların keçirilməsini təmin ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyi isə məlumatı təkzib edib.
MEDİA CNN telekanalının Azərbaycandan üzr istəməsini tələb edib