Azərbaycan ordusunun əsgəri həlak olub

Tərtər rayonu "N" saylı Hərbi hissənin əsgəri Mayılzadə Məhərrəm Qafar oğlu xidməti vəzifəsini yerinə yetirərkən vəfat edib.
 
Cəlilabad Rayon Hərbi Komisarlığından əsgərin mina partlamasından vəfat etdiyini bildiriblər.
 
Bildirilib ki, əsgər bu gün dəfn olub.
 
Məhərrəm Mayılzadə 2000-ci ildə Cəlilabad rayonunun Musalı kəndində doğulub.
 
O, ötən ilin 12 aprelində Cəlilabad Rayon Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çagırılıb.
Azərbaycan ordusunun əsgəri həlak olub