Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

Sentyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Silahlı Qüvvələrə Yardım Fonduna cari il sentyabrın 1-dək  93.412.236,19 AZN, 213.577,88 ABŞ dolları, 12436,0 avro və 5000,0 rubl vəsait daxil olub.