Ermənistanda müxtəlif illərdə qeyri-döyüş şəraitində ölən hərbçilərin ailələri Prezident Administrasiyasının binasının qarşısına etiraz aksiyasına başlayıblar.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, valideynlər övladlarının öz zabitləri və gizirləri tərəfindən öldürüldüklərini bildiriblər.
2010-cu ildə dünyasını dəyişən əsgər Artur Qazaryanın anası Nora Qazaryan iddia edir ki, əvvəlki hakimiyyətin dönəmində hərbi hissələrdə baş vermiş cinayətlər gizlədilib: “Övladlarımız qeyri-müharibə şəraitində öldürülürlər. Onları azərbaycanlılar öldürmürlər, zabitləri, gizirləri öldürürlər.
Paşinyan bizi dinlədi, amma inanmıram ki, o da üzəri örtülmüş bu cinayətləri ortaya çıxaracaq. O, sadəcə bizi dinlədi”.
Valideynlər iddia edirlər ki, övladları hərbi hissələrdəki “dedovşina”nın və özbaşınalığın qurbanı olublar. Ölən hərbçilərin ailələri həmçinin, Ermənistanın hərbi hissələrindəki korrupsiya və rüşvət al-verinə də diqqət çəkirlər.
Etirazçıları sakitləşməyə çağıran Baş nazir Nikol Paşinyan səlahiyyətli orqanlara ölüm hallarının araşdırılması göstərişini verdiyini deyib.
İrəvanda əsgər anaları etiraza qalxdı: “Övladlarımızı siz öldürmüsünüz”

Oxşar xəbərlər