Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində 11 min hektar ərazini düşmən işğalından azad etməsindən sonra Ermənistanda müharibə qorxusu artıb.
Buna paralel olaraq, Qarabağ cəbhəsində atəşkəsi pozaraq, Azərbaycan mövqelərini güllə yağışına tutan erməni hərbi birləşmələrinə də ağır cavab verilib. Ordumuzun cavab atəşi nəticəsində iyunun 8-də erməni hərbi birləşmələrinin əsgəri Gevork Xaçaturyan, iyunun 10-da isə gizir Vaan Eloyan ölümcül yaralanıb.
Bu hadisələr fonunda erməni ekspertlər müharibənin addım-addım yaxınlaşdığını deyirlər.
Siyasi şərhçi Sarqis Artsruni qeyd edir ki, Azərbaycan Ordusu Qarabağ və Naxçıvan cəbhəsində faktiki olaraq irəliləyir.
“Bakıda müharibəyə hazırlıq gedir və Naxçıvan cəbhəsində ərazilərin azad edilməsi ilə bağlı informasiya İrəvanın bütün təkziblərinə baxmayaraq, reallıq yükünü artırır. Azərbaycanda seçkilər çoxdan başa çatıb və seçki vaxtı olmadığı üçün heç kim deyə bilməz ki, Bakı təbliğat aparır. Əksinə Azərbaycan Ermənistanda “məxməri inqilab”dan sonra yaranmış qarışıq vəziyyətdən istifadə edir”, – deyə o bildirib.
Sarqis Artsruni qeyd edir ki, cəbhədə baş verənlər Bakının Nikol Paşinyanın danışıqlar prosesində Qarabağın iştirakı ilə bağlı istəyinə cavabıdır: “Ermənistanda hələ ki, hakimiyyətin və xarici siyasətin formalaşması gedir. Ermənistan-Rusiya münasibətləri relsə oturmayıb və belə bir situasiya Azərbaycanın əlini gücləndirir”.
Erməni şərhçi Ermənistan və Rusiya xarici işlər nazirlərinin iyunun 7-də Moskvada baş tutan görüşünü xatırladıb.
“Lavrov bildirdi ki, Qarabağın danışıqlarda iştirakı ilə bağlı Bakı və İrəvan öz aralarında razılaşmalıdır. Belə görünür ki, Rusiya topu Azərbaycana ötürdü. Lakin bu, həm də o deməkdir ki, Moskva İrəvanın təklifini diplomatcasına rədd etdi və Azərbaycanın mövqeyini dəstəklədi. Rusiyanın belə mövqeyi Azərbaycanın əraziləri güc yolu ilə qaytarmaq tələbinin önünü açır”, – deyə o bildirib.
Moderator
“Azərbaycan Ordusu iki cəbhədən irəliləyir”

Oxşar xəbərlər