Azərbaycanda həkim baş həkimi iş otağında bıçaqladı

Sumqayıt şəhərində klinikalardan birində həkim baş həkimi iş otağında bıçaqlayıb. Hadisə saat 17:00 radələrində şəhərinin 1-ci mikrorayonunda yerləşən “Sum Modern Dental Clinic”də baş verib. Klinikanın həkimi Pərviz İbrahimovla baş həkim Şahin Baxşəliyev arasında düşən mübahisə sonda qanla nəticələnib. P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbələri endirib. Ş.Baxşəliyev Sumqayıtdakı başqa bir klinikada – “Şəfqət” klinikasında əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu deyilir.
P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.