Müxalif “Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri Levan Xabeişvili 30 aprel Tbilisi Vağzalındaki Borjomi adlanan bazarda baş vermiş güclü yanğında paytaxt meri Kaxa Kaladzeni və "Arxi" tikinti şirkətinin qurucusu İlia Tsulaianı günahlandırıb və onların bu hadisəni əvvəlcədən planlaşdırdıqları, eləcə də hesabladıqlarını iddia edib.
O, "Tv Pirveli" telekanalının efirində qonaq olarkən belə deyib və ehtimal edib ki, sonradan həmin ərazidən yol və ya tunel çəkiləcək.
Onun sözlərinə görə, Tsilosani (Millət vəkili) və Ruxadze (Liberty Bankın sahibi) həmin ərazini 20 aprel tarixində Tsulaiaya satıblar, 10 gün sonra isə bazar yanıb.
“Borjomi bazarı Kaladzenin planına birbaşa düşür – həmin ərazi tikinti sahəsi kimi nəzərdə tutulub və gələcəkdə orada yol və ya tunel tikilməsi planlaşdırılır", - deyə Levan Xabeişvili qeyd edib.
Nino Tsilosani və Ruxadze öz mülklərini Kaladzenin biznes tərəfdaşı və yaxın adamı Tsulaiaya satıblar deyən müxalif lider əlavə edib ki, Tsulaia Tbilisi merinin “kassiridir"
"Onlar bu ərazini məqsədli şəkildə yandırıblar, nə etdiklərini bilirdilər – əvvəlcə kriminal qrupları ora buraxıb qarət etdiriblər, sonra da yandırıblar. Satıcılarla danışmaq və razılaşdırmaq çətin olardı, çünki bu insanlar çörək pulunu oradan çıxarır. Onlar isə heç bir danışıq olmadan ərazini yandırdılar və bu gün bizə deyirlər ki, guya Xmaladze zərərçəkənlərlə görüşəcək. Bizdə belə bir hökumət var – öz pulu və biznesi üçün insanlara belə davranır", - deyə Levan Xabeişvili söyləyib.
Müxalif lider Tbilisidə baş verən güclü yanğınla bağlı qalmaqallı iddia irəli sürdü