MDB-nin ən böyük məscidi Tacikistanda inşa edilir

MDB ölkələri arasında ən böyük məscid Tacikistanın paytaxtı Duşənbədə inşa edilir. 

Faktxeber.com məlumat verir ki, plana əsasən ibadət kompleksi 2019-cı ildə inanclıların istifadəsinə verilməlidir.

Məscidin tikintisinə 2009-cı ildə başlanılıb. Məscidin layihəsi Tacikistan və Qətər memarları tərəfindən hazırlanıb. Məscidin hər minarəsi 75 metr hündürlükdə olana 4 minarədən ibarət olacaq. Əsas günbəz 47 metr hündürlüyə yüksələcək, əlavə olaraq daha 20 kiçik və böyük günbəz yerləşəcək.