Rusiya üzərində məscid əksi olan gümüş pul buraxdı

Rusiya Mərkəzi Bankı qiymətli və qeyri-qiymətli metallardan hazırlanmış beş yeni xatirə sikkəsi buraxıb. 
 
Moderator.az-ın rusdilli İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, yeni pulların arasında  Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş üç rubl dəyərində gümüş sikkə də var.
 
Xatirə yubiley sikkəsinin sayı  cəmi 2 min ədəddir. Pulun arxa tərəfində "Qroznı-Siti"  göydələnlər kompleksinin  fonunda  "Çeçenistanın ürəyi" məscidi əks olunub. 
Xatırladaq ki, 5 oktyabr 2018-ci ildə Çeçenistan paytaxtının 200 illik yubileyi qeyd ediləcək. Bayram dövlət səviyyəsində keçiriləcək. Bu barədə fərmanı Rusiya prezidenti Vladimir Putin imzalayıb. 
Qeyd edək ki,  2016-cı ildə Rusiya Mərkəzi Bankı üzərində Osmanlı dövrünə məxsus məscidin təsviri olan xatirə sikkəsi da buraxıb. Gümüş pulun arxa tərəfində Memar Sinan tərəfindən tikilmiş Kezlevdə yerləşən Xan Cami (Cümə Cami)  müsəlman ibadətgahı əks olunub.