Türkiyədə ay-ulduz şəkilli məscid tikilir - Foto

Sivas şəhərində ölkədə ilk dəfə aypara –ulduz formalı  məscid tikiləcək. 
 
Bu haqda Türkiyənin “NewsTurk” nəşri xəbər yayıb. 
 
Məscid yuxarıdan baxdıqda ümumilikdə Türkiyənin ay-ulduzlu al bayrağını xatırladacaq. “Ay-ulduz camisi” adlanan məscid, demək olar ki, 80 faiz hazırdır. 2018-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılan məsciddə eyni zamanda 8 min müsəlman ibadət edə biləcək.