Azərbaycanla Tacikistan arasında 10-dan çox saziş imzalanıb

Avqustun 10-da Azərbaycan və Tacikistan arasında ikitərəfli maraqlara cavab verən sənədlər imzalanıb.

Prezidentlər İlham Əliyev və İmoməli Rəhmon dövlət başçılarının birgə bəyanatını imzalayıblar.

"Azərbaycanda İxracin və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi, "Azərbaycan Sənaye Korporasiyası" ilə "Tacik Alüminium Kompaniyası" (TALKO) Dövlət Unitar Müəssisəsi, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə Tacikistan Respublikası hökuməti yanında Televiziya və Radio Komitəsi arasında əməkdaşlıq haqqında memorandum" imzalanıb.

Bundan əlavə SOCAR və TALKO şirkətləri arasında neft koksunun təchizatı haqqında memorandumlar imzalanıb.

"Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təlimi haqqında, "Azərbaycan Respublikası hökuməti ilə Tacikistan Respublikası hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Bundan əlavə, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair protokol", "Azərbaycan Respublikası hökuməti ilə Tacikistan Respublikası hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş"i imzalanıb.

"Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikası hökuməti ilə Tacikistan Respublikası hökuməti arasında sənaye və yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında saziş"lər imzalanıb.

"Azərbaycan Baş Prokurorluğu ilə Tacikistan Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında saziş", Xarici İşlər Nazirlikləri arasında 2019-2020-ci illər üzrə əməkdaşlıq proqramı" imzalanıb. 

Turan