Bir qrup yəhudi Əqsa məscidinə basqın etdi - Foto

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail polisinin nəzarəti altında 300-dən çox fanatik yəhudinin Əqsa məscidinə basqın təşkil etdiyi bildirilib. Bu barədə Qüds İslami Vəqflər İdarəsindən yazılı açıqlama verilib. Açıqlamada bu gün səhər 331 fanatik yəhudinin İsrail polisinin nəzarəti altında Əqsa məscidinin əl-Məğaribə qapısından Hərəmi Şərifin həyətinə daxil olduğu diqqətə çatdırılıb. 

Aralarında çox sayda uşağın da olduğu yəhudilərin bir müddət Əqsa məscidinin həyətində gəzdiyi qeyd edilib.