Məscidə hücum: Ölən və yaralananlar var - Video

Cənubi Afrika Respublikasında məscidə hücum nəticəsində ölən və yaralananlar var.

Teleqraf.com xəbər verir ki, bu barədə “Avronyus” TV məlumat yayıb.

İnsident Durban şəhəri yaxınlığında qeydə alınıb. Hücum edən şəxslər bıçaqla 3 nəfərin boğazını kəsiblər. Onlardan biri hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilən digər iki nəfərin isə vəziyyəti ğırdır.

Hücumçular məscidi də yandırblar.

Sakinlər hücum edənləri tanıyıblar. Yerli mətbuat onları “misirlilər” deyə adlandırır.

Hazırda cinayətkarların axtarışı aparılır. Polis hücumun motivlərini araşdırır.