Suriyanın şimalında, Türkiyənin hərbi iştirakının olduğu və “Əl-Nüsra Cəbhəsi”nin nəzartində olan (indiki adı “Heyet Tahrir'uş Şam”) İdlib bölgəsində azərbaycanlı İŞİD komandiri öldürülüb.
Bu məlumatı türkdilli “İslahHaber.net” portalı yayıb.
Həmin İŞİD komandirinin “Heyet Tahrir'uş Şam” qruplaşmasının üzvləri ilə atışmada öldürüldüyü bildirilir.
Mənbə bildirir ki, son vaxtlar “Heyet Tahrir'uş Şam” qruplaşmasının nəzarətində olan “azad bölgədə” bu qruplaşmanın üzvlərinə qarşı bomba yüklü motosikletlərlə, yollara mina basdırımaqla və digər üsullarla çoxsaylı sui-qəsdlər təşkil edilib. Nəticədə onlarla adam ölüb, çoxlu sayda yaralanıb.
Sui-qəsdləri həyata keçirilənlərin bəziləri yaxalanıb və şəriət məhkəməsinə çıxarılıb. Onların ifadələri əsasında həmin sui-qəsdlərin arxasında İŞİD və Bəşər Əsəd rejimini dəstəkləyən qüvvələr olduğu müəyyənləşib.
“Bu səbəbdən azad bölgədə xalqın əmin-amanlığını təmin etmək üçün “Heyet Tahriru’ş-Şam” vaxtaşırı olaraq təhlükəsizlik əməliyyatları həyata keçirməkdədir”-“Əl-Qaidə” terror şəbəkəsinin Suriyadakı “filialı” olan “Əl-Nüsra Cəbhəsi”inə açıq simpatiya ifadə edən türkdilli sayt yazır.
Sayt “Hey’et Tahriru’ş-Şam”a bağlı “təhlükəsizlik xidmətinin” rəhbəri “Üsəma Xalid” adlı terrorçuya istinadən bildirir ki, sui-qəsdlərə görə ələ keçirilən bir nəfərin ifadəsi əsasında İdlibin qərbində yerləşən Salkın qəsəbəsində İŞİD-in nəzarətində olan gizli düşərgə müəyyən edilib.
Həmin düşərgəyə “Heyet Tahrir'uş Şam” qruplaşması tərəfindən bir neçə gün əvvəl basqın edilib və bu zaman atışmada İŞİD-in sui-qəsdlər üzrə ixtisaslaşmış bir neçə yüksək rütbəli komandiri öldürülüb. Öldürülənlər arasında bu günlərdə İdlibdə sui-qəsd əməliyyatları həyata keçirən Azərbaycan əsilli İŞİD komandiri “Əbu Camal Azəri” də yer alır.
“Əl-Nüsra Cəbhəsi” ilə döyüşdə azərbaycanlı İŞİD komandiri öldürüldü

Oxşar xəbərlər